Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Evi 20 illik ipoteka ilə almışam. Hələ də 12 min borc ödəməliyəm”

“Evi 20 illik ipoteka ilə almışam. Hələ də 12 min borc ödəməliyəm”

“İnsanlara özümü sübut etməkdən bezdim. Neçə dəfə demək olar ki, bugünədək heç kəs mənə mənzil hədiyyə etməyib. İllərdir bunu desəm də, hər dəfə bu haqda xəbər yayırlar və sakit həyatımı yaşadığım halda insanlar ünvanıma nalayiq sözlər yazır”.  

Müğənni Günel Ələkbərova son günlər mətbuatda onunla bağlı yayılan iddialara münasibət bildirib. Sənətçi barəsində səsləndirilən məlumatların həqiqətə uyğun olmadığını deyərək, məsələyə aydınlıq gətirib.  

Ələkbərova qeyd edib ki, haqqında yayılan xəbərlər əsassızdır və illərdir eyni mövzu ətrafında yazılan məlumatları təkzib etməkdən yorulub:  

“Evi özüm almışam. 20 illik ipoteka ilə. Hələ də 12 min manat borcum qalıb. Hər il haqqımda bu xəbər çıxır. Təkzib etməkdən yorulmuşam. Adı hallanan şəxsi həyatda bir dəfə də görməmişəm. Bəsdirin! Qoyun rahat həyatımı yaşayım. Gedin sorğu ünvanlayın. Görəcəksiz ki, hər ay ipoteka ödəyirəm və illərdir bu davam edir”.  

Müğənni bildirib ki, şəxsi həyatı ilə bağlı yayılan yalan məlumatlar onu narahat edir və bu cür xəbərlərin dayandırılmasını istəyir // SHOWNEWS.AZ