Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Pulu olmayan insanları sevmirəm. Onlar faydasızdırlar"

“Pulu olmayan insanları sevmirəm. Onlar faydasızdırlar"

Türkiyəli müğənni Bülənt Ersoy Yeni ili Ankarada qeyd edib. 

Axşam.az xəbər verir ki, gecəni Alişan və Deniz Sekinin də olduğu məkanda keçirdən Ersoy hər kəsə sağlamlıq diləyib. 

Ersoy Sakıp Sabancı haqqında bir hekayə danışaraq bunları bölüşüb:

"Ən vacib şey sağlamlıqdır, onsuz yaşaya bilməzsən. Cənab Sakıp məni bir tərəfə, Müzeyyeni isə digər tərəfə oturtdu. Bizə dedi ki, "Dünyanı ala bilərəm, kosmosda xəstəxana aça bilərəm, amma bu uşağımı müalicə etdirə bilmərəm. Bəzən hətta pul belə kifayət deyil". 

Ersoy pulu çox sevdiyini deyərək, "Pulsuz yaşaya bilmərəm və pulu olmayan insanları sevmirəm. Onlar faydasızdırlar" sözlərini əlavə edib.