Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Elşad Xose həbs edildi

Elşad Xose həbs edildi

Məşhur reper Elşad Xose həbs edilib. 

Qaynarinfo.az xəbər verir ki, 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub. 

Buna səbəb Elşad Xosenin Yasamal rayonu, Ş.Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub.

Reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmədə Elşad Xose ailəli, ictimai xadim olduğunu və müalicə aldığını qeyd edərək köməklik olunmasını edib. 

Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Elşad Xose tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib.


Günün çox oxunanları