Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Röyanın oğlu 3 nüfuzlu universitetə qəbul olundu

Röyanın oğlu 3 nüfuzlu universitetə qəbul olundu

Müğənni Röya Ayxanın oğlu Hüseyn Cəlilov üç ali məktəbə qəbul olunub.

Hüseyn Cəlilov hüquq ixtisası üzrə beynəlxalq arenada uğur qazanaraq dünyanın nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.

O, Böyük Britaniyanın tanınmış universitetlərindən olan University of Liverpool və University of Essex-ə qəbul edilib. Hər iki ali məktəb hüquq və sosial elmlər sahəsində güclü akademik bazası və beynəlxalq reytinqlərdəki mövqeyi ilə seçilir.

Hüseyn Cəlilovun qəbul aldığı üçüncü ali təhsil müəssisəsi isə Dubayda yerləşən University of Wollongong in Dubai olub. Sözügedən universitet regionun aparıcı ali məktəblərindən biri hesab olunur.