Xanımı Sevinc Şirinov Xalq artisti Natiq Şirinovla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, o, nağara ifaçısı ilə evliliklərinin 29-cu ildönümü olduğunu bildirib.
"29 il. Sən mənim bu ömürdə ən böyük dayağım, ən səssiz dualarımın cavabısan" deyə, Xalq artistinin xanımı yazıb.
Qeyd edək ki, cütlüyün 3 övladı var. Oğulları Ümid Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə evlidir. Onların Şəms adlı bir qızları var.