"Mənzurə əgər özü duet oxuyub, sonra o insanla eşq yaşabsa, özü bilər. Amma bu sözü bütün duet oxuyanlara demək olmaz. Getsin, öz adından danışsın".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Ofeliya Şabanova Mənzurə Musayevanın "duet ortaqları sonradan sevgili olur" fikirlərini şərh edərkən deyib.
Sənətçi bildirib ki, illərlə sənətdə duet oxuyan həmkarları var ki, onlar haqqında heç bir eşq dedi-qodularına rast gəlməyib:
"Bu həyatdır, hər şey ola bilər. Kim-kiminlə eşq yaşayıb, biz onu bilə bilmərik. Amma Mənzurə əgər özü duet oxuyub, sonra o insanla eşq yaşabsa, özü bilər. Bu sözü bütün duet oxuyanlara demək olmaz. Getsin, öz adından danışsın, yəqin ki, öz başına gəlib, eşq macəraları yaşayıb. Mən də gənc müğənni ilə duet oxumuşam. O mənə ana, həyat yoldaşıma da ata deyir. Yoldaşım da hər an mənim yanımdadır, mahnım da sevgidən yox, dostluqdan olub.
O deyib ki, hər duet oxuyan eşq yaşamır:
"Mən ümumiyyətlə hər duet oxuyan eşq yaşayır fikri ilə qətiyyən razı deyiləm. Hamının beynində illər öncə Xalq artistimiz Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun yaşadığı böyük eşq qalıb. O sevgi böyük, təmiz və ülvi hisslərdən ibarət idi. Bu həyat idi, yaşadılar, bitdi. Bu o demək deyil ki, hamıda elə olmalıdır. İllərdir ki, Könül xanım ilə Cabbar Musayev duet oxuyur, onların adına heç söz çıxdı? Yox! Bu insanın özündən asılıdır. Əgər sənin belə şeylərə meylin varsa, bizim günahımız nədir? Çıx denən ki, mən duet oxumuşam, eşq yaşamışam! Hamını bu işə qatma!"
Xatırladaq ki, Mənzurə Musayeva "Duetin sonu sevgiyə çevrilir. Ona görə bu cür ifaları məsləhət görmürəm. Mən Səyyad Əlizadə ilə oxumuşam. O da kaset buraxıb sağollaşmışıq. O da Səyyadın hobbisi idi. O səsinə uyğun olanlarla oxuyub, kaset çıxardırdı, vəssalam. Əminliklə deyirəm ki, duetlərin 80 faizinin sonu sevgi ilə bitir” sözləri ilə yenidən gündəm olub.