Xalq artisti Aygün Kazımova ənənəsinə sadiq qalaraq yenə də ad günündə sevənlərinə sürpriz edib.
Hər il olduğu kimi bu dəfə də Pop kraliça yeni mahnı hazırlayıb. "Oxudum" adlı ifa artıq yutub kanlında yerləşdirilib.
Bu gün 55 yaşını qeyd edən ölkənin əsas ulduzu rep tərzində olan ritmik mahnı üçün fərqli bir görünüşdə foto da çəkdirib.
Kazımova yeni işini izləyiciləri ilə bölüşərək "Yeni mahnımı doğum günümdə sizin üçün "Oxudum". Həyatımın və sənətimin bütün dövrlərində yanımda olduğunuz üçün sizə təşəkkür edirəm. Sizi çox sevən sizin Aygün" sözlərini yazıb.
Mahnın müəllifi İsmayıl Əsədov və Nəriman Abbaszadədir. Mahnıda rep bəndini Zamiq Əliyev (YAP 10) oxuyub.