Xalq artisti Aygün Kazımovanın "Best of Aygun - All stars" adlı səs-küylü layihəsinin ikinci hissəsi hazırlanır.
Martda təqdim edilməsi planlaşdırılan albomda yer alacaq bəzi müğənnilərin adları artıq məlumdur.
Bu dəfə layihəyə qatılan daha 3 ifaçının adı açıqlanıb: Xalq artisti Röya Ayxan, Əməkdar artist Manana Çaparidze və müğənni Samir Bağırov. Onların Pop kraliçanın repertuarından hansı mahnını seçəcəyi hələ ki, gizli saxlanılıb. İfaçılar bunun üçün maraqlı ideya hazırlayırlar.
Qeyd edək ki, albomun ikinci hissəsində müğənnilər Aysel Teymurzadə, Günel Zeynalova, Səmra Rəhimli, Samirə Efendi və hələ adları açıqlanmayan ifaçılar olacaq.
"Best of Aygun - All stars" albomunun ilk buraxılışında 32 ifaçı yer almışdı.