Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Kiməsə bu virusu yoluxdurdumsa, məni bağışlayın"

"Kiməsə bu virusu yoluxdurdumsa, məni bağışlayın"

Müğənni Xuraman Şuşalı virusa yoluxduğunu açıqlayıb.

Axşam.az xəbər verir ki, ifaçı 4 övladının da xəstə olduğunu, virusun uşaqlarından ona keçdiyini bildirib:

"Bir həftədir xəstə idim. Heç yaxşı deyildim. Amma gecə səhnəm var idi deyə, geyinib evdən çıxdım. 1 həftədir evdəyəm deyə nə varsa yemişəm. Baxıram ki, xəstə halımla 3 kiloqram kökəlmişəm. Bu necə olur? Çünki dərmanlar içirəm. Amma sistem qoşdurmadım, səhv etdim. Mən xəstəliyi normalda tez keçirirəm. 3 gün çəkir, o da elə ayaqüstə. Amma indi elə vəziyyətdə idim ki, evdən çıxa bilmədim. Çox ağır xəstəlikdir. Xəstələnən kimi də sistem qoşdurun. 

Evdə uşaqların dördünün də qızdırması var idi, amma məndə olmadı. Dodağım uçuqladı, heç yaxşı deyildim. Səhnəyə çıxdım, gördüm ki, yox, rəqs edirəm, amma hiss edirəm ki, içimdə bir əsmə var, titrəyirəm. Hələ tam sağalmamışam. İynə vurdurmalıyam. Dostlarım inciməsinlər ki, ad günlərinə gəlmirəm. Kiməsə keçirə bilmərəm. Bugünkü səhnəm də əvvəldən danışılmışdı deyə, getməli oldum. Çalışdım ki, insanlarla çox ünsiyyətdə olmayım. Əgər kiməsə bu virusu yoluxdurmuşamsa, məni bağışlayın".