Dünən Akademik Rus Dram Teatrında ”Karmen. Xosenin hekayəsi” tamaşasının növbəti premyerası baş tutdu və gecə yenə də anşlaqla yadda qaldı.
Tamaşaçıların böyük maraqla izlədiyi səhnə əsərində əsas diqqət Əməkdar artist Həcər Ağayevanın ifasına yönəldi.
“Karmen” obrazı ətrafında yaranan maraq səngimək bilmir. Bir çoxlarının fikrincə, aktrisa bu rolda yenidən yaradıcılığında yeni bir zirvə mərhələsinə qədəm qoyur. Bu gün teatr ictimaiyyəti onu artıq “səhnəmizin Karmeni” adlandırır.
Bununla yanaşı, Əməkdar artist Həcər Ağayeva sosial şəbəkə hesabında yeni fotosessiyasını da təqdim edib. Fotolar izləyicilər tərəfindən maraqla qarşılanıb.