Cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulmasında ittiham olunan azərbaycanlı bloger Hüseyn Həsənov 170 milyon rubl (3,7 milyon manatdan çox) məbləğində vergi borcunu ödəyib.
Axşam.az xəbər verir ki, bu barədə "ТАSS" məlumat yayıb.
Blogerin vəkili bildirib ki, Hüseyn hələ 2024-cü ildə 170 milyon rubl vergi borcunu bağlayıb, cərimə və faizlərlə birlikdə isə ümumilikdə təxminən 300 milyon rubl (6,6 milyon manatdan çox) ödəyib.
Vəkil həmçinin qeyd edib ki, çirkli pulların leqallaşdırılmasında ittiham olunan müdafiə etdiyi şəxs özünü təqsirli hesab etmir.
Xatırladaq ki, 2025-ci ildə irəli sürülən ittihamlardan sonraHüseyn Rusiyanı tərk etdiyinə görə qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.