Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Kitabım insanları depressiyadan xilas etdi" - YENİ KİTABI ÇIXACAQ

"Kitabım insanları depressiyadan xilas etdi" - YENİ KİTABI ÇIXACAQ

Əməkdar artist Elza Seyidcahan yenidən şeirlər kitabı çıxaracaq.

Axşam.az xəbər verir ki, bu haqda müğənni "Efirdən kənar" proqramında danışıb. O bildirib ki, indi də insanlar onun şeirlər kitabını almaq istəyirlər:

"Kitabıma görə insanlar növbəyə durublar. Kitabım mütləq çıxmalıdır. Onun çıxışı pandemiyaya düşdü. Bir çox insanı koronavirusdan xilas etdi. Şişirdilmiş çıxmasın. Depressiyadan, stressdən kitabım insanları xilas etdi. Kitabı hədiyyə edirdim. Amma gördüm ki yox, pandemiyada mənə dəstək oldu. Pandemiyada maddi xeyir verdi. Satış onlayn olurdu. 1500 nüsxə çıxmışdı".