Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Təranə Səmədova biznes ledi oldu

Təranə Səmədova biznes ledi oldu Prodüser Təranə Səmədova şou-biznesdən uzaqlaşıb. Axşam.az-a açıqlama verən prodüser bildirib ki, özünə başqa biznes qurub: “Şou-biznesdə normal pul qazana bilən müğənni qalmayıb. Yeni başlayanların isə pulu yoxdur. Bundan sonra kimləsə havayı işləyəcək deyiləm. İllərdir çalışan sənətçi normal pul qazana bilmir, o ki qala yeni başlayan. Təkliflər alıram, amma maddi dəstəyi mənim tapmağımı istəyirlər. Bir vaxtlar pul yatırıb, tanıtdığım müğənnilər sonradan üzümə ağ oldular. Daha belə səhv etmərəm. İndi avtomobillərin kirayəsi ilə məşğul olan şirkətdə çalışıram. Biznesin öz sahibi var, idarəçiliyi mənə həvalə edib”. Təranə onun şou-biznesdən getməyinə bir çoxlarının sevindiyini söyləyib: “Bu aləmdə çalışdığım müddətdə o qədər insan üzümə gülüb, arxada ayağımın altını qazırdı ki... Mənim yox olmağımı arzulayanlar az deyildi. İndi güclü rəqibin yollarından çəkilməsinə çoxları sevinir. Amma indi də başqa yerdən pul qazanmağımı gözləri götürmür”.