Azərbaycanı "Avroviziya 2026" mahnı müsabiqəsində təmsil edəcək müğənni Jiva “Just Go” mahnısını yeni versiyada təqdim edib.
Rok versiyada olan ifa yarışmanın rəsmi yutub səhifəsində yerləşdirilib.
Qeyd edək ki, 70-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq. Təmsilçimiz müsabiqənin ikinci yarımfinalında birinci hissədə çıxış edəcək.