Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İnstaqramda pullu dövr başlayır

İnstaqramda pullu dövr başlayır

"Meta" şirkəti instaqram platformasında yeni “Instagram Plus” ödənişli abunəlik xidmətini müəyyən ölkələrdə test etməyə başlayıb.

Axşam.az xəbər verir ki, bu yeni sistem hələ hər kəs üçün aktiv deyil və pilot olaraq məhdud bölgələrdə işləyir.

Ödənişli abunəlik istifadəçilərə bir sıra əlavə üstünlüklər təqdim edir:

İstifadəçilər artıq hekayələri gizlicə izləyə biləcəklər, yəni başqalarının paylaşdıqlarını izlədikdə adları görünməyəcək

Paylaşılan hekayələrin neçə dəfə izlənildiyini görmək mümkün olacaq

Standart 24 saatlıq müddət əvəzinə, istifadəçilər hekayələrin müddətini 48 saata qədər uzada biləcəklər

Yeni auditoriya listələri yaratmaq mümkün olacaq, “Yaxın dostlar” funksiyasına əlavə olaraq fərqli qruplar təşkil edilə biləcək

Hekayələri "Spotlight" vasitəsilə önə çıxarmaq və istifadəçiyə super bəyəni ilə fərqli reaksiya göndərmək imkanı da əlavə olunacaq