Müğənni-bəstəkar, güclü vokal səsi ilə seçilən Aytac Vidadiqızı Azərbaycan musiqisinin canlı əfsanəsi, "Şərəf" ordenli Xalq artisti Flora Kərimovanın repertuarına müraciət etməsi ilə bağlı fikirlərini bölüşüb.
“Flora Kərimova kimi əvəzsiz bir sənətkarın repertuarına müraciət etmək hər ifaçı üçün böyük məsuliyyətdir. Mən bunun fərqindəyəm və bu məsuliyyətin altına böyük hörmətlə girdim.
‘Mənim duyğularım’ mahnısı üzərində çox ciddi hazırlaşdım. Çalışdım ki, həm əsərin ruhunu qoruyum, həm də öz nəfəsimi qatım. Çünki Flora xanımın repertuarına toxunmaq, onun övladına toxunmağa bərabərdir. Bu, mənim üçün sadəcə bir cover deyil, sənətə və böyük sənətkara olan ehtiramımdır.
Ümid edirəm ki, dinləyicilər də bu işi eyni həssaslıqla qəbul edəcəklər.”
Qeyd edək ki, mahnıya klip də çəkilib və layihə yaxın günlərdə təqdim olunacaq.