Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Türkiyə mətbuatı Eldar Mansurovdan yazdı

Türkiyə mətbuatı Eldar Mansurovdan yazdı

Türkiyədə Atatürk Mədəniyyət Mərkəzi Türk Telekom Opera zalında azərbaycanlı bəstəkar Eldar Mansurovun "Simfonik Qravürlər" əsəri səsləndirilib.

Proqramı Fuad İbrahimov idarə edib. Həmin gecədə tenor və Xalq artisti Yusif Eyvazov, soprano Hale Soner olub. Qonaq sənətçi isə Levent Yüksel olub.

Konsertdə Elm Yayma Cəmiyyəti İdarə Heyətinin sədri Bilal Ərdoğan, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun rəsmiləri və çoxsaylı musiqisevərlər iştirak ediblər.

 

Konsertdən əvvəl çıxış edən Mansurov əsərin daha böyük bir konsepsiyanın bir hissəsi olduğunu bildirib:

 

"Bu əsərlər ümumi bir konsepsiyanın bir hissəsidir. Lakin bunlara fərqli nümunələr, müxtəlif rəsmlər və fərqli əsərlər daxildir. Bu gün bu, musiqi toplantısıdır. Ümumi, simvolik bir adla təqdim olunur. Amma mən Türkiyə üçün xüsusi əsərlər də yazmışam".

 

Eldar Mansurovun əsərinin Atatürk Mədəniyyət Mərkəzində səslənməsi Türkiyə mətbauatında manşet olub.

 

"Eldar Mansurovun "Simfonik qravürlər" əsəri AKM-də səsləndirildi" başlıqlı məqalələr dərc olunub.

/Baku.ws