Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Murad Arif və Orxan Zeynallıdan emosional layihə - «ÜZR» təqdim olundu! - VİDEO

HITMAKER Murad Arif ən həssas nöqtələrə toxunacaq yeni işini təqdim edib.
Murad Arif və Orxan Zeynallıdan emosional layihə - «ÜZR» təqdim olundu! - VİDEO

Əminliklə demək olar ki, bu, son illərin ən təsirli kliplərindən biridir. Ekran əsərində baş rolu Azərbaycanın Xalq artisti Səidə Quliyeva ifa edir — onun oyunu dünya səviyyəli ustad dərsi kimi dəyərləndirilə bilər. Aktrisanın iştirakı layihənin dramatik gərginliyini və emosional miqyasını daha da gücləndirir.  

Klipin rejissoru Delee, mahnınln söz, musiqi və klipin ssenari müəllifi isə Murad Arifdir. Orxan Zeynallı isə ifa etdiyi rep hissəsinin müəllifidir.  

Üç dəqiqəlik klip güclü aktyor oyunu və təsirli rejissor işi ilə dramatik film təsiri bağışlayır.