Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şou-biznesdə növbəti tarix yazıldı BEST OF AYGÜN - 40 - VİDEO

Şou-biznesdə növbəti tarix yazıldı BEST OF AYGÜN - 40 - VİDEO

Xalq artisti Aygün Kazımovanın zəngin yaradıcılığının 40 illiyinə həsr olunan “Best of AYGUN 40” albomu təqdim edilib.

Ölkənin əsas ulduzunun Azərbaycanda bir ilk olan albomuna fəxri adlı mədəniyyət nümayəndələri, məşhur estrada sənətçiləri, “Avroviziya” təmsilçilərimiz, eləcə də gənc nəsil ifaçılar cəlb edilərək Pop kraliçanın 40 illik yaradıcılıq yolunda səsləndirdiyi hit mahnılara yeni nəfəs veriblər.

Hər bir müğənni bu layihəyə xüsusi hazırlaşıb, albom üzərində aylarla iş gedib, mahnılara fərqli çalarlar qatılıb.

Layihə yalnız musiqi baxımından deyil, vizual və konseptual tərəfdən də xüsusi şəkildə hazırlanıb. Bunun üzərində böyük bir komanda çalışıb, xüsusi animasiyalar qurulub, qrafik elementlər hazırlanıb. Eyni zamanda müğənninin yutub “cover” dizaynında qaşlarla bütləşdirilmiş “Diva” obrazı yerləşdirilib.

Layihənin əsas məqsədi Azərbaycan şou-biznesində birliyi nümayiş etdirmək, musiqiyə hörməti ön plana çıxarmaq və milli estradaya yeni nəfəs gətirməkdir.

“Best of AYGUN 40” albomu Aygün Kazımovanın rəsmi musiqi platformalarında və yutub hesabında dinləyicilərin ixtiyarına verilib.

Bu layihə sadəcə albom deyil – illərin hitlərini yeni nəfəs, yeni səslər və yeni yanaşma ilə bir araya gətirən xüsusi musiqi hadisəsidir. Layihənin rəhbəri Ruslan Ağayev, musiqi prodüseri İsmayıl Əsədov, meneceri isə Elvin Elxandır.