Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Safuradan Aygün Kazımova ilə bağlı etiraf - “Qələbəmdə onun payı var”

Safuradan Aygün Kazımova ilə bağlı etiraf - “Qələbəmdə onun payı var”

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva Xalq artisti Aygün Kazımovanın yaradıcılığının 40 ilinə həsr edilən "Best of Aygun 40" albomunda yer almasından yazıb.

Axşam.az xəbər verir ki, Safurə Pop kraliçanın hər zaman ona dəstək olmasından söz açıb. O bildirib ki, "Yeni ulduz" yarışmasında Kazımova onun münsifi olub.

Safurə Kazımovanın ona dediyi sözləri ilk dəfə bölüşüb:

"Onu demək istəyirəm ki, mənim üçün çox sevindirici bir hissdir Aygün xanımın repertuarından mahnı ifa etməyə dəvət edildim. Sirr deyil ki, Aygün xanım mənə həmişə dəstək olub. “Yeni ulduz” vaxtından mənim yanımda olub. Həmişə deyərdi ki, Safura mənim davamçımdır. Bu isə mənim üçün çox dəyərli idi. Qalibiyyətimdə çox böyük dəstəyi var idi və mən belə şeyləri unutmuram. Aygün xanımı həmişə çox sevmişəm və onun mənim ürəyimdə başqa bir yeri var. Bu sevgi mahnısı da bu gün mənim ifamda səslənəcək. Sevgilər".

Qeyd edək ki, Safurə Aygün Kazımovanın repertuarından "Bu sevgi" mahnısını oxuyub.