Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Məhkəməyə vermək, yutubdan sildirmək yox, paylaşmaq lazımdır"

"Məhkəməyə vermək, yutubdan sildirmək yox, paylaşmaq lazımdır"

"Xoşbəxt müğənniyəm ki, düzgün bəstəkarlarla çalışmışam, mahnılar təqdim etmişəm. Onları düzgün təqdim edən sənət dostlarıma minnətdaram".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova 106.3 FM-də Kazım Sübhanla söhbətində deyib. Pop kraliça bu gün işıq üzü görən "Best of Aygun 40" albomundan danışıb:

"Mahnılara qulaq asıram. Necə gözəl oxuyublar. Hər dəfə qulaq asanda deyirəm, nə gözəl aranjimandır. Ruslan (prodüser Ruslan Ağayev - red.), gəl, onları belə edək. Keyfiyyətli musiqinin qıt olduğu zamanda 40 keyfiyyətli musiqi təqdim etdik. Düzgün musiqi təqdim edilməyən məqamlar olur. Elə musiqilər səslənir ki, onları dinləmək qadağandır. Bu gün 40 gözəl ifa, əsər təqdim olundu. Böyük qələbədir. Hər ifaçının öz fanatı gözəl mahnı dinləyəcək. Mənim üçün Xalq artistlərindən tutmuş yeni başlayanlara qədər hamısı dəyərlidir. Hər birinə komandam şərait yaratdı ki, rahat mahnı seçsinlər. İstəyirsiniz 40 yox, 400 olun yenə də mənim repertuarımda hər kəsə uyğun mahnı var".

Kazımova müğənnilərin mahnılarını bir-birinə oxumasına icazə verməməsi məsələsinə toxunub: 

"Bu, hər zaman belə olub. 40 illik təcrübəmlə deyə bilərəm ki, bəstəkarın müğənniyə yazılan mahnısını başqası oxuyanda qıcıq verib. Hər iki tərəfdə bəzi məqamlar yaşanıb: biri qıcıq olub, o biri qısqanıb, o biri qorxub. Biz bununla onu sındırdıq. İndi məncə müğənnilər özləri təqdim edəcək ki, gənclər onlardan bəhrələnsinlər. Kiminsə mahnısını yutubdan sildirmək, məhkəməyə vermək olmayacaq. Belə olmaz deməkdənsə, belə addım atmaq lazım idi ki, örnək götürülsün. Gənc ifaçılar peşəkarlardan bəhrələnir. Ümid edirəm, belə söz-söhbətlər şou-biznesdə olmayacaq. Bu, gözəl addımdır, qıcıqlanmaq olmaz".