Yeddi aydır həyat yoldaşı ilə nikah bağlayan, ancaq karantin səbəbi ilə toy məclisi edə bilməyən müğənni Sevda Yahyayeva gəlinlik libasından danışıb.
SHOWNEWS.AZ xəbər verir ki, "MTV Azərbaycan" kanalından qonaq olan sənətçi artıq gəlinliyinin hazır olduğunu deyib:
"Toyumuzun gözəl olması bizim də arzumuzdur. Türkiyənin məşhur modelyeri Muammer Ketenci gəlinliyimi artıq tikib, hazırdır. İstanbulda olanda onunla görüşdüm, ölçülərimi götürdü. Çox bahalı bir dizayndır, məhz mənim üçün hazırlanıb və hədiyyə edib".
Gəlinliyinin qiymətini açıqlamayan S.Yahyayeva aparıcı Samir Bayramlının "Türkiyədə hazırlanan gəlinliklər 10 min dollardan baha olur" sözlərinə isə "Yazacaqlar" deyə münasibət bildirib.
Qeyd edək ki, Sevda Zakir adlı həkimlə ailə qurub.