Yutub tətbiqində (iOS və Android) qısa videolar – "Shorts" bölməsini tamamilə deaktiv etmək imkanı təqdim olunub.
Axşam.az xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb.
Qeyd edək ki, "Shorts" üçün vaxt məhdudiyyəti funksiyası ilk dəfə yanvar ayında istifadəyə verilmişdi, lakin həmin vaxt yalnız 18 yaşdan kiçik istifadəçilər üçün aktiv idi. Üstəlik, minimum limit 15 dəqiqə idi və onu sıfıra endirmək mümkün deyildi.
Yutub nümayəndəsi Makkenzi Spillerin sözlərinə görə, artıq 0 dəqiqəlik limit seçimi bütün valideynlər üçün əlçatandır və hazırda bütün istifadəçilər üçün mərhələli şəkildə tətbiq olunur.
Məhdudiyyət limiti tamamlandıqda tətbiq bildiriş göndərir və "Shorts" videolarını əsas səhifədən gizlədir. Bu funksiyanı aktivləşdirmək üçün “Vaxtın idarə olunması” (Time Management) bölməsindən istifadə etmək mümkündür.