Müğənni Şəbnəm Tovuzlu oğlu Əli ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi övladının onu sevindirdiyini bildirib. Şəbnəm Əlinin boksda yarışda qalib olduğunu deyib:
"Oğlum çempion olub, birinci yeri qazanıb. Kəmər alıb. Oxuduğu liseyin ən fəail şagirdidir. İdmanı çox sevir. Mənim ən böyük sevincimdir. Əli güləş, futbol və boksla məşğuldur. Hər üçündə də bacarıqlıdır. Bu isə oğlumun üçüncü qalibiyyətidir".
Qeyd edək ki, sənətçinin Günel adlı qız övladı da var.