Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu və aktrisa Aysel İbrahimova ailə həyatı qurub.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə A. İbrahimova instaqram səhifəsində məlumat verib. O, nikahın bu il baş tutduğunu bildirib.
O, sosial şəbəkədə ünvanına yazılan "Ailə dağıdıb" tənqidlərinə də cavab verib:
"Biz artıq evliyik. 2021-ci ildə evləndik. Heç kimin xoşbəxt ailəsini dağıtmamışam. Dağılmış ailəni necə dağıda bilərəm? Bu mənim nə insanlığıma, nə də xanımlığıma yaraşan bir işdir. Mövzu haqqında heç bir fikrə sahib olmadan tənqid etdiyiniz zaman övladlarınızın gələcəyini, qohum və tanışlarınızda boşanmış xanımları düşünün. Kimin ailəsinin nəyə görə dağıldığını bilmədən ağzınıza gələn rəyləri yazırsınız. Heç kim boşuna, kefindən ailəsini dağıtmır.
Pis heç nə etməmişəm, ailə qurmuşam. Boşananı da, evlənəni də qınayırsınız. Ailə qurmuşam, nə günah işləmişəm ki? Bəziləri kimi ailəli ola-ola min hoqqadan çıxmamışam ki... Cəmiyyətdə xəyanət eden qadınları, uşaqlarınıza pis örnək olan insanları qınamalısınız, ailə quranları yox.
Evlilik təklifi almışam, boşanma səbəbini bilmişəm, daha sonra tanıyıb razılıq vermişəm. Elçilik olub, qohumları gəliblər valideynlərimdən istəyiblər, daha sonra nişan və nikah baş tutub".
Qeyd edək ki, Aysel Akademik Opera və Balet Teatrının aktrisasıdır. Bu, aktrisa və klarnet ifaçısının ikinci evliliyidir.