Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Zaur”u əzik adlandıran Laləyə yazıçı Anardan cavab: “Lalə kimdir?”

“Zaur”u əzik adlandıran Laləyə yazıçı Anardan cavab: “Lalə kimdir?”

Əməkdar artist Lalə Məmmədova Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri əsasında çəkilən “Təhminə” filminin obrazları haqqında müzakirəli açıqlamalar verib. Sənətçi “Sevinclə danış” layihəsində “Zaur”u “əzik”, “papa uşağı” adlandırıb.

Bizim.Media məsələ ilə bağlı yazıçı Anarla əlaqə saxlayıb.

O, əvvəlcə L. Məmmədovanın kim olduğunu soruşub:

“Kimdir Lalə Məmmədova? Mənim heç bir münasibətim yoxdur. Deyib deyib də... Hər adama cavab verməyəcəm ki! Heç bir şərh vermirəm”.