Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Babək Niftəliyevə vəzifə verildi

Babək Niftəliyevə vəzifə verildi

Əməkdar artist Babək Niftəliyev Bülbül adına orta ixtisas musiqi məktəbində yeni vəzifəyə təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Niftəliyev xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsinə gətirilib. 

Təyinatla bağlı müvafiq əmrə məktəbin rəhbəri Teymur Göyçayev imza atıb.

Qeyd edək ki, Babək Niftəliyev 1985-ci ildə Kəlbəcərdə anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb.

Sənətçi həmçinin Azərbaycan Milli Konservatoriyasında çalışır. Sumqayıt Musiqi Kollecində, o cümlədən, A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində müəllim olaraq çalışıb.