Müğənni Manaf Ağayev həbsxana həyatı çəkmiş həmkarı Fədayə Laçın və aparıcı İlham Mirzəyev haqda qalmaqallı açıqlamalar edib.
SHOWNEWS.AZ xəbər verir ki, Tarix Əliyevin aparıcısı olduğu "Günə 1 şou" verilişində qonaq olan M. Ağayev ilk öncə Fədayə Laçın haqda danışıb:
"Fədayə Laçın tutulanda mən zülüm-zülüm ağladım. Özümü odun içinə atdım. Mənə Fədayə lazım idi? Onunla da mənim salam-sağoldan başqa münasibətim olmayıb. 2 il onun ailəsinə kömək etdim. Düzdür, sağolsun, çıxdı dedi. Amma sən bütün gün canlı yayım açırsan. Bir kəlmə demirsən ki, "əmioğlu, belə şeylərə fikir vermə, hamı səni tanıyır". Bu mənim üçün bəs edərdi".
O, daha sonra küsülü olmasına baxmayaraq, həbsə düşərkən İlham Mirzəyevə etdiyi yaxşılıqlardan danışıb:
"Onunla problemim vardı. Özü də bilir. Həbsdə olarkən getdim yanına. Soruşdum yanına gələn olub? Yox dedi. Dedim gələn də olmayacaq. O çıxana qədər ailəsinə yardım etdim. Bir dəfə də onun evinə tək getməmişəm. Həmişə öz ailəmlə getmişəm. Bir dəfə çıxıb məni müdafiə etmədi. Bir nəfərə qayıdıb ki, nəsə desəm, məni söyəcəklər. Söysünlər də. Sənin yanına gəldiyim üçün məni də söyürdülər ki, sən hara, o hara?".