Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Roza Zərgərli Çeçenistan prezidenti Ramzan Kadırov ilə görüşdü

Roza Zərgərli Çeçenistan prezidenti Ramzan Kadırov ilə görüşdü

Müğənni Roza Zərgərli Çeçenistan Respublikasına səfəri zamanı Çeçenistan rəhbəri Ramzan Kadırov ilə görüşüb.

 

Müğənni görüşdən sonra sosial şəbəkə hesabında Ramzan Kadırovla birgə çəkilmiş fotolarını paylaşaraq səfərlə bağlı təəssüratlarını bölüşüb.

 

“Çeçenistan Respublikasına və Çeçenistan Respublikasının rəhbəri Ramzan Axmatoviç Kadırova səmimi qəbula, incəsənətə verdiyi dəstəyə və Azərbaycan musiqisinə olan sevgisinə görə ürəkdən təşəkkür edirəm. Bu, mənim üçün böyük şərəf və xüsusi dəyərdir.

 

Bu möhtəşəm konsertin təşkilində bizi və komandamızı dəstəkləyən hər kəsə dərin minnətdarlığımı bildirirəm.

 

Xüsusi təşəkkür sözləri isə isti qarşılanmaya, səmimi emosiyalara və inanılmaz enerjiyə görə çeçen tamaşaçılarına ünvanlanır. Sizin sevginiz və dəstəyiniz bu axşamı həqiqətən də unudulmaz etdi.

 

Bizimlə olan hər kəsə təşəkkür edirəm. Yeni görüşlərədək!”