Nura Suri ard-arda yeni işləri ilə gündəmə gəlir.
"Ürəyimin adamı”, “Nağıl” mahnılarından sonra bu gün də “Halaldır” adlı yeni mahnısını təqdim edib.
Özü də qeyd etmişdi ki, uzun müddət albom üzərində çalışıb. Lakin əməkdaşlıq etdiyi label mahnıları albom şəklində deyil, tək-tək single olaraq təqdim etməyi tövsiyə edib və Nura Suri də bu təkliflə razılaşıb.
Yeni mahnıları bütün rəqəmsal platformalarda dinləyə bilərsiniz.