Xalq artisti Emin Ağalarov atası, iş adamı Araz Ağalarovun ikinci dəfə evlənməsi haqda sualları cavablandırıb.
Axşam.az xəbər verir ki, bu haqda müğənni Svetlana Bondarçukun qonağı olarkən danışıb. O bildirib ki, atasının ikinci evliliyi haqda mediada oxuduğunu etiraf edib:
"Atamın evlənməyindən xəbərim yoxdu. Toyda olmamışam. Yazdılar, oxudum. Bu, şəxsi həyatdır. Ona görə də heç vaxt soruşmadım. İki çox balaca qardaşım var".