Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda elə bir masterclass keçirildi ki, dünya mediası ondan danışır

Bakıda elə bir masterclass keçirildi ki, dünya mediası ondan danışır

Azərbaycan artıq dünya saç sənayesində öz sözünü deməyə başlayıb. 

Bakıda keçirilən ELBEY Global Masterclass 2026 buna ən böyük nümunələrdən biri oldu. Dünyada tanınan azərbaycanlı colorist @elbeyagaev in Təşkil etdiyi tədbir böyük maraqla qarşılandı. Tədbirə yalnız Bakıdan deyil, Azərbaycanın müxtəlif bölgələrindən, eyni zamanda Qazaxıstan, Türkiyə, Rusiya və digər qonşu ölkələrdən çox sayda iştirakçı qatıldı. Həm müştərilərinin, həm də saç ustalarının sevgisini və hörmətini qazanan Elbey Ağayev tədbir zamanı verdiyi müsahibədə maraqlı fikirlər səsləndirdi.    

O bildirdi ki, Azərbaycanda işləyən saç ustaları və stilistlər dünyanın ən çox əziyyət çəkən və ən güclü stilistlərindən biridir.  

“Bunun səbəbini açıqlayım. Qafqaz insanları dünyanın ən tələbkar insanlarıdır və onlarla işləmək böyük məsuliyyət tələb edir. Digər səbəb isə Qafqaz saçının dünyanın ən çətin saç tiplərindən biri olmasıdır. Bu saçla işləmək həm texniki bilik, həm də yüksək peşəkarlıq istəyir. Buna baxmayaraq Azərbaycan stilistləri və coloristləri çox güclü nəticələr ortaya qoyur. Təəssüf ki, bu sahədə bəzən dəstək olmaq əvəzinə rəqabəti yanlış formada aparmaq, bir-birini aşağı çəkmək də olub və bu da inkişafın qarşısını alıb,” — deyə Elbey Ağayev vurğulayıb.    

 

Biz də media olaraq hesab edirik ki, Azərbaycanı dünyada tanıdan, öz sahəsində ölkəmizi beynəlxalq səviyyədə təmsil edən insanları işıqlandırmaq və dəstəkləmək vacibdir. Çünki bu cür uğurlar təkcə bir insanın deyil, bütöv Azərbaycan adının dünyada daha da tanınmasına xidmət edir.

 


Günün çox oxunanları