Xalq artisti Faiq Ağayev 35 il sonra "Gəl, gülüm” mahnısını yeniləyib.
Sənətçi 1991-ci ildə işıq üzü görən və böyük maraqla qarşılanan layihənin remeyk versiyasını təqdim edib.
"Gəl, gülüm ” mahnısının musiqisi İlham Abdullayevə, sözləri isə Səlim Həqqiyə məxsusdur. Mahnının yeni nəfəs qazanmasında aranjimançı Jamal Mahmudın imzası var.
Remeyk versiyada solo partiyanı gənc ifaçı Rabil Səfərli səsləndirib. Müasir musiqi elementləri ilə zənginləşdirilən yeni versiya orijinal əsərin ruhunu qorumaqla yanaşı, yeni nəslin musiqi zövqünə uyğun şəkildə təqdim edilib.
Mahnı rəqəmsal platformalarda və F.Ağayevin rəsmi yutub kanalında paylaşılıb.
Qeyd edək ki, F.Ağayev bundan öncə də bir neçə mahnısının remeyk versiyasını təqdim edib.