Müşviq Şahverdiyev aktyorların sosial şəbəkələrdə hansısa hərəkətlərinə görə gündəmə gələn şəxsləri parodiya etməsini qınayıb:
"İstəyirəm ki, ssenarist mənə əsər, müasir komediya ilə müraciət etsin. İndi Tiktok-da 5 gündür məşhur olan adamı parodiya edirlər. Niyə bunu səhnələşdirməlidirlər? Bunu aktyora yaraşdırmıram. Dəli-dəli hərəkətlər edən adamı milyonlarla adam izləyir və aktyorlar çıxıb onu parodiya edirlər".