Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"MP3 saytları bağlansın, pul qazana bilmirik" - Murad Arif

"MP3 saytları bağlansın, pul qazana bilmirik" - Murad Arif

“Musiqiçilər heç bir klub, televiziya və radiodan qonorar almır. Belə olan halda ümid qalır yalnız musiqisini satmağa. O da alınmır. Çünki ölkəmizdə MP3 saytlar, “Youtube”dan MP3 yükləyən proqramlar, bir sözlə piratçılıq imkan vermir”.

 

Axşam.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə paylaşdığı videoda deyib. İfaçı MP3 saytlarının yığışdırılması üçün müraciət edib:

"Anlayıram ki, bir çox problemlərimiz var. Lakin bizim sahənin ən böyük problemini də dilə gətirmək lazımdır. Əsl yaradıcılıq, kreativlik mahnı, albom satılanda meydana gəlir. Yalnız toylara göz dikməyən ifaçı da başlayır müxtəlif mövzuda, janrda, ritmdə mahnılar oxumağa. Ölkə ərazisində MP3 saytlarını əngəlləmək çətin deyil. Bu, həll olunan məsələdir. Sadəcə, bununla maraqlanmaq lazımdır. Daha sivil olaq, qayda-qanunlu şou-musiqi sektorumuz olsun, ən az alternativ janr ifaçıları da qazana bilsin, sənətçilərdə yaradıcılıq stimulu olsun".