Müğənni Eldəniz Məmmədov "Xarıbülbül" Musiqi Festivalına dəvət olunmamasından gileylənib.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi “Günə uğurla” verilişində danışıb:
"O vaxt "Xarıbülbül" festivalı Ağdamda keçiriləndə də ifa etmişdim. Bakıda, Heydər Əliyev Sarayında festivalın final günündə də səhnəyə çıxmışdım. O festivalın təməlini biz qoymuşuq, amma indi ora gedə bilmirik. Düzdür, bir dəfə dəvət etdilər, başqa ölkəyə getməli olduğum üçün iştirak edə bilmədim. Amma ondan sonra çağırmayıblar. Mən "Xarıbülbül" festivalında çıxış etmək istəyirəm. İnşallah, qismət olsa, gedərik".