Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Övladım kimi sevdiyim itim itib” AKTRİSA İTİNİ AXTARIR

“Övladım kimi sevdiyim itim itib” AKTRİSA İTİNİ AXTARIR

Əməkdar artist Münəvvər Əliyeva sosial şəbəkə hesabında izləyicilərinə müraciət edərək itinin itdiyini bildirib.

Aktrisa paylaşımında uzun illərdir bəslədiyi və ailəsinin bir üzvü kimi sevdiyi itin itdiyini qeyd edib. O, heyvanın tapılması üçün vətəndaşlardan dəstək istəyərək elanının mümkün qədər çox paylaşılmasını xahiş edib.

Münəvvər Əliyeva bildirib ki, itini sadəcə ev heyvanı kimi deyil, övladı kimi sevir və onsuz həyatını təsəvvür etmək onun üçün çox çətindir.

“Onu sadəcə bir heyvan kimi deyil, övladım kimi sevirəm. Onsuz həyatımı təsəvvür etmək mənim üçün çox çətindir. Onun tapılması üçün bütün heyvansevərlərin dəstəyinə ehtiyacım var”, – deyə aktrisa paylaşımında vurğulayıb.

Əməkdar artist iti görən və ya onunla bağlı hər hansı məlumata malik olan şəxslərdən özü ilə əlaqə saxlamalarını xahiş edib.

Qeyd edək ki, Münəvvər Əliyeva itinin şəkli və əlaqə məlumatları ilə bağlı ayrıca elan da yayımlayıb. Aktrisa əvvəlcədən hər kəsə təşəkkürünü bildirib.