Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Bəzi sevgilər sözlə deyil, illərlə və birlikdə yaşanan hər anla ifadə olunur“ - DOĞUŞU BELƏ TƏBRİK ETDİ

“Bəzi sevgilər sözlə deyil, illərlə və birlikdə yaşanan hər anla ifadə olunur“ - DOĞUŞU BELƏ TƏBRİK ETDİ

Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı, müğənni Doğuşu ad günü münasibətilə təbrik edib.

Aparıcı bununla bağlı sosial şəbəkə hesabında ailə fotosunu paylaşaraq həyat yoldaşına ürək sözlərini ünvanlayıb.

“Ad günün mübarək, əzizim. Bəzi sevgilər sözlə deyil, illərlə və birlikdə yaşanan hər anla ifadə olunur. Bu illərimiz, anlarımız üçün Rəbbimə sonsuz minnətdaram. Allah səni qorusun, ömrün həmişə sağlamlıq, hüzur və xoşbəxtliklə dolu olsun. Yaxşı ki, varsan, həyatımızın bir parçasısan. Üzündən təbəssüm, qəlbindən sevinc heç vaxt əskik olmasın. Səni sevirik”, – deyə Xoşqədəm paylaşımında yazıb.

Qeyd edək ki, cütlüyün Arda və Arın adlı əkiz oğulları var.