ARB TV-nin “Səhər-Səhər” verilişinin qonağı müğənni Nadir Qafarzadə olub.
İfaçı kövrələrək zəif nöqtəsindən danışıb:
“Yaxınlarda qəbir üstünə getmişdim. Yaralı yerimdir. Məni incitmək istəyəndə burdan vura bilərlər. Hər kəsin ata-anası özü üçün yaxşıdır.
Mənim üçün onlar tamam başqadır. Bu yaxınlarda ağır xəstəlik keçirdim. Huşumu itirmişdim, ən çox anamı çağırırdım. 1982-ci ildə atam dünyasını dəyişəndə kasıb idik, anam tək qaldı. Ucuz baş daşı qoyduq. Bu yaxınlarda getdim məzarı dəyişdim.
Baş daşını eyni, sinə daşını ayrı etdim. Çünki yanında oğlum da yatır. Vəsiyyət etdim ki, o məzarda məni basdırsınlar”.