Azərbaycanı 2024-cü ildə “Avroviziya” mahnı müsabiqəsində təmsil etmiş müğənni Fahree (Fəxri İsmayılov) “Space TV”də yüksək vəzifəyə təyin edilib.
SHOWNEWS.az xəbər verir ki, Fahree telekanalın Baş direktorunun müşaviri vəzifəsinə gətirilib.
Məlumata görə, o, yeni vəzifəsində “Space TV”nin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, musiqi layihələrinin hazırlanması və yaradıcı konsepsiyaların formalaşdırılması sahələrinə rəhbərlik edəcək.
Qeyd edək ki, Fahree 2024-cü ildə “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edib. Onun “Space TV”də yeni vəzifəyə təyin olunması telekanalın yaradıcı və strateji inkişafına töhfə verəcək addım kimi dəyərləndirilir.