Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Xoşqədəm Hidayətqızı Seda Sayanın qonağı olub

Xoşqədəm Hidayətqızı Seda Sayanın qonağı olub

Azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı və həyat yoldaşı, tanınmış türkiyəli müğənni Doğuş Türkiyənin məşhur sənətçisi və aparıcısı Seda Sayanın təqdim etdiyi verilişin qonağı olublar.

SHOWNEWS.az xəbər verir ki, proqramdan sonra Xoşqədəm Hidayətqızı sosial media hesabında paylaşım edərək həm Türkiyədə gördüyü isti münasibətdən, həm də Seda Sayanla eyni ekranı paylaşmaqdan məmnunluğunu ifadə edib.

O, paylaşımında bunları yazıb:

“Türkiyədə də, doğma Vətənim Azərbaycandakı kimi, məni öz doğmaları kimi qucaqlayan, bağrına basan minlərlə insan var. Mən bunu Allahın mənə bəxş etdiyi ən böyük lütflərdən biri hesab edirəm.

Əzizim Seda xanım, sizinlə zaman-zaman eyni ekranı paylaşmaq mənim üçün böyük məmnuniyyətdir.”

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı və Doğuşun Seda Sayanın verilişində birgə qonaq olması izləyicilər tərəfindən maraqla qarşılanıb. Aparıcının paylaşımı da qısa zamanda çoxsaylı bəyənmə və şərhlər toplayıb.