Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Dəbdəbəli həyatını paylaşanlar travmalı insanlardır"

"Dəbdəbəli həyatını paylaşanlar travmalı insanlardır"

Müğənni Zamiq Hüseynov sosial şəbəkədə diqqət çəkən paylaşım edib.  

Axşam.az xəbər verir ki, ifaçı instaqram hesabında həmkarı Samir Piriyevlə Bodrumda çəkilən fotosunu yayımlayıb. O, sosial şəbəkədə dəbdəbəli həyatını paylaşanları isə tənqid edib.

Zamiq bildirib ki, sosial şəbəkələrdə görünən dəbdəbəli həyat həmişə reallığı əks etdirmir:

“Bəzən deyirsən ki, görəsən, bu instaqramdakılar hər gün qlamur, lüks, dəbdəbəli həyat yaşayırlar? Yox, əlbəttə, elə deyil! Onların çoxu travmalı insanlardır, amma gözəl, sadə məqamları paylaşmaqdan utanırlar. Fikirləri, xəyalları o qədər yüksəkdədir ki, çox incə, gözəl anları yaşaya bilmirlər. Həyat çox gözəldir, hər anını gözəl yaşayın. Həyatınızı yalan gözəlliklərlə deyil, real olduğu kimi gözəlləşdirin və yaşayın”.