ABŞ-də yaşayan aparıcı Hüsniyyə Məhərrəmova sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.
Axşam.az xəbər verir ki, Hüsniyyə kişilərin qadınların şəxsi həyatı və görünüşü ilə həddindən artıq maraqlanmasını tənqid edib.
“Kişilərin bütün günü onun-bunun həyatını, görünüşünü və davranışını müzakirə edəcək qədər cılızlaşdığı bir dünyada yaşayırıq. Kimin necə geyindiyi, dodaqlarının böyüklüyü, bədənində nəyi dəyişdirdiyi, TikTok-da hansı videonu çəkdiyi, şəxsi həyatında kiminlə olduğu, altından geyindiyi sizə niyə bu qədər maraqlıdır axı? Niyə? Nənəm sizin kimilərə başqa şey deyərdi”.