Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu - “MAYKL” REKORD VURDU

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu - “MAYKL” REKORD VURDU Dünya kino tarixində daha bir ilk yaşanıb. Pop musiqisinin əfsanəvi kralı Maykl Ceksonun həyatından bəhs edən "Maykl" (Michael) bioqrafik filmi dünya üzrə 1 milyard dollardan çox kassa gəliri əldə edərək tarixi rekorda imza atıb. Rejissor Antuan Fukuanın ərsəyə gətirdiyi ekran işi qısa müddətdə böyük maraq doğurub və kassa rəqəmləri ilə kino sənayesində yeni bir dövr başladıb. "Maykl" filmi ABŞ-da 371.8 milyon dollar, beynəlxalq arenada isə 629.8 milyon dollar toplamaqla ümumilikdə 1.001 milyard dollar gəlir gətirib. Bu göstərici ilə o, kino tarixində 1 milyard dolları keçən ilk bioqrafik film (bayopik) ünvanını qazanıb. Ekran işi Kristofer Nolanın məşhur "Oppenheymer" (975 milyon dollar) filminin rekordunu geridə qoyaraq janrın zirvəsinə yerləşib. Bu möhtəşəm uğur həm də filmin istehsalçısı olan "Lionsgate" studiyasının tarixinə qızıl hərflərlə yazılıb. Çünki "Maykl" şirkətin tarixində milyardlıq həddi aşmağı bacaran ilk layihə olub. Eyni zamanda, bu film 2026-cı ildə dünya miqyasında milyardlıq gəlirə çatan cəmi ikinci film kimi qeydə alınıb. Filmin bu dərəcədə sevilməsinin əsas səbəblərindən biri də pop kralını canlandıran aktyordur. Maykl Ceksonun obrazına onun öz doğma qardaşı oğlu — Caafer Cekson həyat verib. Tamaşaçılar və tənqidçilər gənc aktyorun performansını, xüsusilə də məşhur rəqs hərəkətlərini və səhnə xarizmasını çox yüksək qiymətləndiriblər. Film əfsanəvi müğənninin həm parlaq səhnə həyatını, həm də şəxsi həyatındakı dramatik məqamları tam çılpaqlığı ilə tamaşaçıya çatdırır. Kino ekspertləri filmin kassa uğurunun hələ bir müddət də davam edəcəyini proqnozlaşdırırlar.