Xalq artistləri Aygün Kazımova ilə Röya Ayxan yenidən eyni məkanda görüntüləniblər.
Diqqət çəkən əsas məqam isə onların tək olmaması idi. Superulduzların yanında son illərin səs-küylü hitlərinin müəllifləri – bəstəkar-müğənni Kazım Can və repçi, söz yazarı Orxan Qarabasma da yer alıblar.
Xatırladaq ki, uzun illər davam edən küsülülükdən sonra barışan iki Xalq artisti mətbuata birlikdə duet oxuyacaqlarını açıqlayaraq böyük rezonans yaratmışdı. Bu görüş isə həmin iddiaları yenidən alovlandırıb.