Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qalmaqallı reklama çəkilən aktrisa danışdı - PROBLEM GÖRMÜRƏM

Qalmaqallı reklama çəkilən aktrisa danışdı - PROBLEM GÖRMÜRƏM

Almond Bakery-nin son reklam çarxı ətrafında yaranan müzakirələr səngimək bilmir. Sosial şəbəkələrdə geniş rezonans doğuran reklam bəzi izləyicilər tərəfindən qadınları “təbii” və “süni” görünüşə görə qarşı-qarşıya qoyduğu iddiası ilə tənqid olunub. Müzakirələrin davam etdiyi bir vaxtda reklam çarxında rol alan aktrisa Türkan Murad da ilk dəfə məsələ ilə bağlı münasibət bildirib.

SHOWNEWS.AZ xəbər verir ki, aktrisa sosial media hesabında paylaşdığı açıqlamada reklam layihəsinə dəvət aldığını, ssenarini əvvəlcədən oxuduğunu və öz razılığı ilə çəkilişlərə qatıldığını vurğulayıb.

“Bu reklama dəvət olunmuşam, ssenarini oxuyub razı olub qəbul etmişəm. Çəkilişdə və reklamda heç bir qəbahət görmürəm. Mən aktrisayam və obrazımı layiqincə yerinə yetirmişəm”, – deyə o bildirib.

Türkan Murad əlavə edib ki, reklamın bu qədər səs-küy yaratması onu təəccübləndirib. O, daha geniş danışa biləcəyini desə də, buna ehtiyac görmədiyini qeyd edib:

“Çox söz yazardım əslində, amma özümü yormağa dəyməz. Hər kəs hər şeyi öz qəlbi ilə görür.”

Aktrisa paylaşımında reklamın rejissoru Taleh Yüzbəyov və çəkiliş heyəti ilə işləməkdən məmnun qaldığını da vurğulayaraq, komandaya uğurlar arzulayıb və “daha böyük partlayışlara” imza atacaqlarına inandığını ifadə edib.

Qeyd edək ki, Almond Bakery-nin sözügedən reklam çarxı son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bir qrup istifadəçi reklamı yaradıcı və yumoristik hesab etsə də, digər qrup onu qadın obrazlarının təqdimatına görə tənqid edir. Reklam ətrafında fikir ayrılığı isə hələ də davam edir.