Qəbələdə iyulun 29-dan avqustun 3-dək beynəlxalq “GabalaFest” keçiriləcək.
Festival çərçivəsində möhtəşəm bağlanış – qala konsertinin əsas ulduzu Xalq artisti Aygün Kazımova olacaq. Pop kraliça “GabalaFest”in böyük səhnəsində xüsusi olaraq festival üçün hazırladığı proqramla çıxış edəcək.
Gecədə ölkənin əsas ulduzu ilə yanaşı məşhur britaniyalı müğənni Fredrik Ferrier də səhnə alacaq. Konsert proqramında ifaçıların sevilən hitləri, Azərbaycan musiqisinin müasir interpretasiyaları və festivalın bağlanışına özəl sürpriz nömrələr təqdim ediləcək.
Beləliklə, “Gabala Fest” Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə keçirilir.