Oskar mükafatlı aktrisa Şarliz Teron yenidən dünya mediasının manşetlərinə çevrilib.
Buna səbəb aktrisanın Nyu-Yorkda 14 yaşlı övladı Ceksonla birlikdə görüntülənməsi olub. Cekson qız geyimində və aksesuarlarla kameralara tuş gəlib. Fotolar yayılandan sonra sosial şəbəkələrdə müzakirələr alovlanıb.
Bir qrup istifadəçi Şarliz Teronun övladına dəstəyini alqışlayıb. Digərləri isə bu görüntüləri sərt tənqid edərək müxtəlif fikirlər səsləndirib. Məhz buna görə fotolar qısa müddətdə dünyanın ən çox müzakirə olunan məşhur xəbərlərindən birinə çevrilib.
Qeyd edək ki, Şarliz Teron hələ 2019-cu ildə övladının özünü qız kimi tanıtdığını açıqlamışdı. Buna baxmayaraq, Ceksonun hər yeni görüntüsü yenidən geniş müzakirələrə səbəb olur.