Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Türkan Abbasovadan Bakı kəndləri ab-havasında sevgi mahnısı - SEVİRƏM SƏNİ - VİDEO

Türkan Abbasovadan Bakı kəndləri ab-havasında sevgi mahnısı - SEVİRƏM SƏNİ - VİDEO

Müğənni Türkan Abbasova dinləyicilərinə “Sevirəm səni” adlı yeni mahnısına çəkilən klipini təqdim edib. 

Klip ilk kadrlarından etibarən tamaşaçını Bakı kəndlərinin özünəməxsus ab-havasına aparır. Dar küçələr, həyət evləri, saman tayaları, atlar və kənd romantikası ekran işinə xüsusi kolorit qatır. Türkan Abbasova da bu ovqatı ifasına köçürərək mahnını səmimi və xalq ruhuna yaxın tərzdə səsləndirib.

Ekran işində diqqət çəkən məqamlardan biri də baş qəhrəmanın obrazıdır. Başına köhnə Bakı kəndlərinə xas “aerodrom” papağı qoyan gənc, çiçək dəstəsi ilə sevgisinin arxasınca düşərək klipə nostalji və bir qədər də yumor çaları bəxş edir. Sadə, təbii və isti kadrlar sevgi hekayəsini daha inandırıcı göstərir.

“Sevirəm səni” mahnısının musiqisi Nizami Həsəniyə, sözləri isə Nizami Həsəni və Türkan Abbasovanın özünə məxsusdur. Klipin rejissoru Xəyal Murtuzov, layihənin prodüseri isə Lesya Abadır.