Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Xoşqədəm Baxşəliyevanın oğlu beynəlxalq festivalda 1-cilik qazandı

Xoşqədəm Baxşəliyevanın oğlu beynəlxalq festivalda 1-cilik qazandı

Aparıcı Xoşqədəm Hidayətqızı oğlu Ardanın uğurunu sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.

Axşam.az xəbər verir ki, aparıcı beynəlxalq festivalda birinci yerə layiq görülən oğlunun mükafat aldığı anlardan fotonu paylaşaraq ona duyğusal sözlər həsr edib. Xoşqədəm bildirib ki, Arda pianoya başlayanda cəmi 3 yaşı olub:

“Balaca əlləri, pedala çatmayan ayaqlar... Bəzən onlardan çox şey tələb etdiyim üçün özümü qınayırdım. Amma bu gün Ardanın beynəlxalq festivalda 1-ci yer qazandığını görəndə düşündüm: nə yaxşı ki, vaz keçməmişəm. Səninlə qürur duyuram, mənim ürəyim. Yolun həmişə açıq olsun”.

Qeyd edək ki, müğənni Doğuşla ailəli olan aparıcının 3 övladı var.